Bakının Nizami rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşaqdıqları evdə baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirə (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Əfqan arvadı Samirənin işləməsinə etirazına sonuncunun irad bildirməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı ilə arasında yaranan mübahisə cinayətlə nəticələnib. O, deyib ki, arvadı işləmək istəyib, o, isə buna etiraz edib, bu sonda cinayətlə nəticələnib.
Məhkəmədə həmçinin məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb. Zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı verdiyi şikayətinin geri götürüb.
Bu səbəbdən Nizami Rayon Məhkəməsində hökm çıxarılan zaman təqsirləndirilən şəxsə qarşı ittihamedici hökm çıxarılmayıb.
Məhkəmə Əfqanın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az