“Ebru Gündeşi bağışladım”

ŞOU-BİZNES 02 may 2025, 23:13

Müğənni Günel Zeynalova uzun illər qalmaqallı olduğu Ebru Gündeşlə bağlı açıqlama verib.

OLAY yazır ki, instaqramda videolar paylaşan Günel Ebrunu bağışladığını deyib:

“Dostlarıma həmişə deyirəm ki, hər kəsi, sizi  üzən, qəlbimizi qıranları ürəyinizdə bağışlayın. Məndən həmişə soruşursunuz ki, Ebru Gündeşi bağışladın? Bəli, ürəyimdə hər kəsi əfv etdim. Adını bir sözlə çəkirdim. Onu da deməməyə and içdim. Dedim ki, belə bir şeyi heç vaxt etməyəcəyəm. Həyatımda var olan hər kəsi əfv etdim və bağışladım. İçimdə kinim, əsəbim yoxdur”.

Qeyd edək ki, Günelin bir vaxtlar eşq yaşadığı, keçmiş nişanlısı iş adamı Reza Zarrab ona Ebruyla xəyanət edib. Bundan sonra E. Gündeşlə Günel arasında uzun illər davam edən qalmaqal başlayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top