Müğəni İradə İbrahimova bir neçə gün əvvəl Türkiyədə olan 6.2 bal gücündəki zəlzələ zamanı yaşadıqlarından danışıb.
Demokrat.az xəbər verir ki, "Xəzər axşamı" verilişinə dəvət olunan ifaçı həmin vaxt Türkiyədəki həyət evində olduğunu bildirib:
"Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı".
Ətraflı videoda: