Mədəniyyət

"Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdur"

Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdur

“Doğum günümü ailəmlə birlikdə qeyd etdim. Mənə güllərgətirildi. Çoxlu zənglər və təbriklər gəldi. Yeni yaş mənə daha çox məsuliyyət hissi gətirdi. Yaş artdıqca insanın yükü də artır. Yaş Allahın insana verdiyi sərvətdir və onu dəyərləndirməyi bacarmaq lazımdır”.

Bunu Musavat.com-a açıqlamasındaötən gün 66 yaşını qeyd edənXalq artisti Firəngiz Mütəllimova deyib.Sənətçi doğum günündə zəng gözlədiyiinsanların artıq həyatda olamdığını açıqlayıb:

“Zəng gözlədiyim insanlar artıq bu həyatda yoxdurlar. Anam, atam, qardaşım... Onların səsini eşitsəydim, bəlkə doğum günüm tamam başqa cür keçərdi. İndi yalnız xatirələr danışır”.

NE
Nihadə Eyyubova