Tovuz rayonunda ferma sahibinin oğlunu qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Eldar İbrahimovun məhkəməsi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi 18 noyabr 2023-cü ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində baş verib.
Eldar kənddə yerləşən və çoban işlədiyi Habil Məmmədova məxsus fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisində onun oğlu Nicat Məmmədovla birlikdə yemək yeyib, spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşüb. Saat 23:30-da sonra Nicat Məmmədovun yatmasından istifadə edərək onun əvvəllər səbəbsiz yerə onun mərhum anasının və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbul edilməz təhqir hesab edib. O, qisas almaq niyyəti ilə həmin vaxt Nicat Məmmədovun tikilinin yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla köməksiz vəziyyətdə olmasından istifadə edib və öldürmək qərarına gəlib.
Bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə dəmir alət - ling ilə çarpayıda yatmış vəziyyətdə olan Nicat Məmmədovun baş nahiyəsinə qəsdən iki dəfə ardıcıl zərbə vurub. Nicat Məmmədov aldığı xəsarətlərdən ölüb.
Bundan sonra cinayətkar hərəkətlərini davam etdirib və törətdiyi cinayət əməlini gizlətmək məqsədilə tikilinin daxilində olan, həmin çarpayının üzərindəki yorğan və döşəyi tikilidən götürdüyü kibritlə qəsdən yandıraraq hadisə yerini tərk edib.
Nəticədə Habil Məmmədova məxsus yardımçı tikili içərisində olan əşyalarla birlikdə yanıb. Ona 7916 manat dəyərində əmlakı qəsdən yandırmaqla məhv edib.
Hadisəni törədən Eldar İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ifadələrində göstərmişdir ki, 2016-cı ildə ailə həyatı qurub, lakin arvadı ilə rəsmi nikahları olmayıb, həmin evlilikdən bir azyaşlı uşağı var: “Həyat yoldaşım ilə ailədaxili münaqişələrim olduğu üçün 2019-cu il tarixdə faktiki olaraq ayrıldım. Tovuz rayonu, Aşağı Öysüzlü kəndində həmin kənd sakini Habilə məxsus fermada çoban işlədim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 17 noyabr 2023-cü ildə həmişəki kimi fermada olub: “Noyabrın 17-dən 18-ə keçən gecə ferma sahibinin oğlu olan Nicat Məmmədov ilə fermada birlikdə qaldıq. Nicat demək olar ki, çox vaxt mənimlə birlikdə fermada yaşayıb. Noyabrın 17-də, saat 7 radələrində Nicatla birlikdə heyvanları tövlədən çıxarıb otarmağa getdik. Qoyunları otarmağa gedəndə yolda Əlixanın da həmin əraziyə yaxın ferması var. Nicat dayısı ilə birlikdə işləri olduğu üçün rayon mərkəzinə getdi. Axşam saat 21 radələrində atasına məxsus “Mercedes” markalı avtomobillə dostları olan Rəşad və Abbasla birlikdə fermaya qayıtdı. Hərəkətlərindən hiss elədim ki, hər üçü sərxoşdur. Onlar gələndə heyvanları artıq dama yığmışdım. Dördümüz birlikdə fermanın yardımçı tikilisində oturaraq yemək yeydik, araq içdik. Həmin vaxtı Abbas araq içmədi. Kefsiz olduğu üçün Nicat onunla zarafatyana mübahisə elədi. Abbasa dedi ki, bura deyib-gülməyə gəlmişik, belə kefsiz olma. Onların mübahisəsi çox çəkmədi. Saat 23 radələrində Nicat Abbası evlərinə, Rəşadı isə onlara yaxın yaşadığı fermaya düşürdü və yenidən fermaya qayıtdı. Mən də götürərək Rəşadgilin fermasına apardı. Nicat özü ilə pivə almışdı. Orada üçümüz birlikdə pivə içdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra öz fermalarına gəliblər, Nicat fermanın itini tövləyə qatmadığı üçün yenə onu təhqir eləyib, onu acılamağa başlayıb: “İtin üstündə yenə ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söydü. Mən ona cavab qaytara bilmədim. Sonra Nicat yatmağa getdi. Baş vermiş hadisədən 10 gün əvvəl də Nicat ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söymüşdü. Mən onun söyüşlərini heç cür götürə bilmədim. Hətta Nicat məni bir neçə dəfə döymüşdü də. Lakin mən hüquq-mühafizə orqanlarına şikayət eləməmişdim. Nicatın məni döyüb təhqir etməsini Rəşad da görmüşdü. Mənim Nicata gücüm çatmırdı”.
Eldar bildirib ki, hadisə baş verən gün Nicat yatmağa getdikdən sonra hər dəfə onu təhqir edərək döydüyündən qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib: “Belə bir fürsətin əlinə keçməyəcəyini düşündüm. Fermanın yardımçı tikilisinin qarşısından dəmir aləti götürərək Nicatın baş nahiyəsindən bir zərblə vurdum. Ayağa qalxmaq istəyəndə baş nahiyəsindən bir daha vurdum. Nicatın xırıldayaraq öldüyünü gördüm. Saat 01:30 radələri olardı”.
Eldar qeyd edib ki, törətmiş olduğu cinayəti gizlətmək məqsədilə Nicatın yatdığı çarpayıdakı yorğanı, sonra isə döşəyi kibritlə yandırıb: “Təxminən 5 dəqiqə sonra alovun gücləndiyini gördüm və ayaqyalın həmin yeri tərk etdim. Nicatı öldürdüyüm dəmir aləti fermanın qarşısında olan içəri su ilə dolu dəmir vannaya atdım ki, onun üzərində olan qan izləri yuyulsun. Yaxınlıqdakı hərbi hissənin növbətçi hissəsinə yaxınlaşaraq yaşadığım fermada yanğın olduğunu, Nicatın da orada yandığını bildirdim. Hərbçilər dərhal yanğınsöndürənlərə zəng edərək bu barədə məlumat verdilər. Yanğınsöndürən əməkdaşlar gəldikdə fermanın yerləşdiyi istiqaməti onlara göstərdim. Onlar gələndə yanğın demək olar ki, yekunlaşmışdı. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. İlk öncə onlara yanğın hadisəsinin necə baş verməsindən məlumatımın olmadığını dedim. Lakin sonradan bu yalanı davam etdirə bilməyəcəyimi gördüm və hər şeyi olduğu kimi danışdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nicat Məmmədovla əvvəllər düşmənçilikləri olmasa da, Nicat həmişə onunla mübahisə edib və onu təhqir edib: “Bu səbəbdən Nicata həmişə acıqlı olmuşam. Qeyd etdiyim kimi, əvvəllər ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söyüdüyünə görə qisas məqsədilə onun başına dəmir parçası ilə iki dəfə zərblə vurmuşam. Niyyətim onu öldürmək olub. Törətdiyim əmələ görə peşman deyiləm. Əgər əlimə yenə belə bir şans düşsəydi, Nicatı öldürərdim. Etdiyim əməldən peşmançılığım yalnız oğlumun himayəsiz qalmasından ibarətdir”.
İş üzrə zərərçəkmiş Nicat Məmmədovun hüquqi varisi qismində ifadə verən atası Habilin sözlərinə görə, Eldar onun fermasında çoban işləyib: "Təqsirləndirilən şəxslə münasibətlərimiz həmişə yaxşı olub. Noyabrın 17-də mərhum oğlum Nicat zəng edərək fermada özünün qalacağını bildirdi. Bu səbəbdən mən fermaya getmədim. Hadisə günü oğlum Nicat, təqsirləndirilən şəxs və oğlumun digər iki dostu ad günü məclisində yeyib-içiblər. Sonra oğlumun dostları öz evlərinə gediblər. Nicat yatmaq üçün öz yatağına uzanıb. Eldar onun baş nahiyəsinə dəmir paçası ilə zərbələr yetirib. Oğlum öldükdən sonra Eldar fermanı yandırıb, oğlum da orada yanıb. Hadisədən sonra mənə zəng etdilər ki, fermada yanğın olub. Mən hadisə yerinə gələndə Eldar kənardan yanğın yerinə baxırdı. Eldardan şikayətçiyəm, ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyirəm”.
Habil Məmmədov verdiyi mülki iddianın təmin edilməsini, 7916 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Təqsirləndirilən şəxsə qarşı verilən mülki iddia da təmin olunub.
Hökmdən narazı qalan Eldar İbrahimov apellyasiya şikayəti verib. Onun vəkili tərəfindən təqdim olunan şikayətdə cəzasının yüngülləşdirilməsi xahiş olunub.
Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də şikayət verilib. Şikayətdə təqsirləndirilən şəxsin cəzasının 20 ilə qədər artırılması istənilib.
Hər iki tərəfin şikayəti baxlması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətlərini araşdıran hakimlər heyəti sonda qərar veriblər.
Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az