Politoloq: "Elə bir ay yoxdur ki, kütləvi məzarlıq aşkar edilməsin"

GÜNDƏM 01 may 2025, 16:32
"Keçmiş Dağlıq Qarabağ ərazisində Ermənistanın müharibə qanunlarını pozduğu, insanlıq əleyhinə cinayət kimi yozulan hərəkətlərə yol verdiyi artıq sübut olunub. Bunlardan ən birincisi kütləvi məzarlıqların ortaya çıxmasıdır. Elə ay olmur ki, işğaldan azad olunan ərazilərdə kütləvi məzarlar aşkar edilməsin. Həmin məzarlıqların kütləvi şəkildə olduğu yerlərdən biri Xocalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

"Ermənistan hər zaman Xocalı faciəsini danır, ictimaiyyəti aldadırdılar. Hər zaman iddia edirdilər ki, dinc əhaliyə canlarını qurtarmaq üçün Ağdama doğru dəhliz də açılıb. Hələ müharibədən çox əvvəldən Azərbaycanın əlində kifayət qədər sübutlar var idi ki, Ermənistan Xocalıda əvvəlcədən hazırlanmış soyqırım həyata keçirib. Nəinki dəhliz, insanların canını qurtara biləcəyi hər yolu bağlayıblar. Nəticədə yüzlərlə insan öldürülüb, itkin düşüb, yaralanıb, şikəst edilib".

Politoloq bildirib ki, artıq Xocalı ərazisində bir neçə kütləvi məzarlıq aşkarlanıb:

"Heç şübhəm yoxdur ki, kütləvi məzarlıqların ən dəhşətlisi guya sakinlərin canlarını qutarmaları üçün təşkil olunmuş, tələ rolunu oynayan çıxış dəhlizində tapılacaq. Sağ qalan insanların ifadələri də aydın şəkildə göstərdi ki, həmin o dəhliz adlanan yer əslində tələ imiş və insanlar orada kütləvi şəkildə qətlə yetirilib. Zaman keçdikcə Xocalının digər yerlərində də kütləvi məzarlıqlar tapılacaq. Bakıdakı məhkəmə prosesində də Ermənistanın quldur qoşunlarına rəhbərlik edənlərin etirafları ortaya çıxır. Etiraflar sübut edir ki, işğal edilən ərazilərdə insanlıq əleyhinə cinayətlər törədilib".

Qeyd edək ki, Xocalıda daha 7 itkin şəxsin qalıqları tapılıb. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top