29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Keniya Respublikasının “SMACHS” Fondunun təsisçisi və baş direktoru Şarlin Ruto ilə görüşüb.
Demokrat.az xəbər verir ki, Keniya nümayəndəsi Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumunda iştirak məqsədilə ölkəmizə səfər edib.
Qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 85 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Şarlin Ruto “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, ABAD, “INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub və müvafiq modelin onda yüksək təəssürat yaratdığını, eləcə də bu təcrübənin Keniyada tətbiqinin faydalı ola biləcəyini bildirib.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.