Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar sahədəki aspektləri nəzərdən keçirilib.
Tərəflər Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.
Görüşdə Azərbaycanla Küveyt Dövləti arasında Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının III iclasının zəruriliyi qeyd edilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə regionda vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri barədə məlumatlandırıb.