"Global Media Group" "Peşəkar Media Məktəbi"nə start verib — FOTOLAR

MEDİA 30 aprel 2025, 17:45
"Media Akademiyası" layihəsinin yeni mərhələsi "Peşəkar Media Məktəbi" artıq fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Global Media Group" məlumat yayıb.

Bu layihə jurnalistika, SMM, fotojurnalistika və digər sahələr üzrə praktiki-nəzəri təlimləri, şəxsi inkişaf mövzularında peşəkar mentorluqları, uğurlu məzunlara iş imkanını əhatə edir.

Digər tərəfdən, universitetlərdə keçirilən təqdimatlarda tələbələrə "Peşəkar Media Məktəbi" ilə bağlı ətraflı məlumat verilib, suallar cavablandırılıb və ilkin müsahibələr təşkil olunub.

Məqsəd gənclərin media sahəsində peşəkar formalaşmasını dəstəkləmək və onları real iş mühitinə hazırlamaqdır.

Qeyd edək ki, layihə "Global Media Group"un "Medianın Dayanıqlı İnkişafı" istiqamətinə uyğun KSM təşəbbüsü çərçivəsində həyata keçirilir.























 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top