Deputat: "Pezeşkianın Bakıya səfəri dostluq və qonşuluq münasibətlərinə yeni çalarlar qazandıracaq"

GÜNDƏM 30 aprel 2025, 15:21
"İran prezidentinin səfərinin məhsuldar keçməsi onu deməyə əsas verir ki, bu səfər iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcək. Görüş keçmişdə qalan, problem saydığımız məsələlərin üzərinə işıq salan, ümidverici görüş kimi yadda qaldı. Azərbaycanın son illərdə beynəlxalq aləmdə, cənab Prezident İlham Əliyevin isə nüfuzlu dünya liderləri sırasında olması ölkəmizin beynəlxalq nüfuzunu artırır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib.

Deputat bildirib ki, ölkəmizə gələn Avropa təşkilatlarının rəhbərləri ilə görüş, Prezidentin Çin səfəri, İran Prezidentinin ölkəmizə səfəri, yaxın günlərdə İsrail baş nazirinin ölkəmizə səfərinin gözlənilməsi Azərbaycanın dünya miqyasındakı nüfuzunun təzahürüdür:



"Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri bir çox vacib məqamlarla yadda qaldı. İqtisadi, siyasi, mədəni sahələri əhatə edən müqavilələrin imzalanması, ölkə başçılarının bir-birinə "əziz qardaşım" deyə xitab etməsi, onların Biznes Forumundakı çıxış və bəyanatları yaxşı nəticələr verəcək. Azərbaycan və İran tarixən qonşuluq müstəvisində yaxşı əlaqələrdə olublar. 

Son illər İran tərəfindən yaranan problemlərin də həll olunmasında Pezeşkianın səfəri faydalı olacaq. Araz vadisi üzərindən olan iqtisadi perspektivli məsələlər, sərhədboyu ərazilərdə gələcək planlar, yolla üzərində yeni imkanların açılmasında və.s müsbət məqamlar daha da artır. Dünya liderlərinin Azərbaycana səfəri, prezidentimizlə görüşü ölkəmizin mahiyyətcə dünya miqyasında nüfuz beşiyinə çevrildiyini göstərir. Məsud Pezeşkianın Bakıya səfəri dostluq və qonşuluq münasibətlərinə yeni çalarlar qazandıracaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top