Tramp Ağ Evi öz vəsaiti ilə təmir etdirdi: 24 karatlıq qızıl detallar göz oxşadı

DÜNYA 29 aprel 2025, 21:35
ABŞ Prezidenti Donald Tramp Ağ Evin interyerini şəxsi vəsaiti hesabına təmir etdirdiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Atlantic" jurnalına verdiyi müsahibədə danışıb.

ABŞ lideri binanın daxilini, o cümlədən 24 karatlıq qızılla bəzədiyini də vurğulayıb.

O, Ağ Evin otaqlarından birində yeni çilçıraq asmaq niyyətində olduğu barədə xəbərləri də təsdiqləyib:

"Təmirdən sonra Oval kabinet necə lazımdırsa, elə görünməyə başladı. Əvvəllər bu otağa qulluq göstərilmirdi, vəziyyəti baxımsız idi", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top