Əfqanıstan Kazan forumuna böyük nazir heyəti göndərəcək

DÜNYA 29 aprel 2025, 20:39
Əfqanıstan ticarət, kənd təsərrüfatı və enerji sahələrində layihələri müzakirə etmək üçün Kazanda keçiriləcək Rusiya-İslam Dünyası forumuna nazirlər səviyyəsində nümayəndə heyəti göndərəcək. 

Demokrat.az xəbər verir ki, bu barədə TASS bildirib.

Nümayəndə heyətinə ticarət naziri Nuruddin Əzizinin rəhbərlik edəcəyi gözlənilir.

Səfər zamanı Rusiya-Əfqanıstan əməkdaşlığı üçün yeni imkanların tapılması planlaşdırılır.

Eyni zamanda, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Mottakinin sözlərinə görə, Kabil tezliklə Rusiya paytaxtına səfir olacaq diplomatı təqdim edəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top