"Pandemiyada bütün maşınlarımı satmalı oldum" — VİDEO

ŞOU-BİZNES 29 aprel 2025, 23:41
Xalq artisti Emin Ağalarov pandemiya vaxtı maşınlarını satmalı olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında video yayımlayıb. İfaçı bildirib ki, onlar arasında "Hummer" markalı avtomobili də olub:

"Uşaqlıqdan arzum idi ki, "Hummer"im olsun. 40 yaşlarımda olanda nəhayət istədiyimi tapıb ala bildim. Çox gözəl idi, almasam olmazdı. Amma bir o qədər də rahat deyildi. Çox da sürmədim. Əla görünürdü, uşaqlar da sevirdi. Sonra pandemiya başladı. Bütün maşınlarımı satmalı oldum. Onu da həmçinin. Daha sonra onu satın almaq istəsəm də, tapa bilmədim". 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top