İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib ki, universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər. Regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, İranın təhsil sistemini tanıyırıq:
“Əgər münasibətlər qurulursa, burada daha çox tibb sahəsinə və texnologiya sahəsinə diqqət yetirilsə, bizim universitetlər üçün müsbət nəticələr verə bilər. İranın 85 universiteti dünya reytinqlərində 1500-lük siyahıda yer alır. Ən yaxşı universitetlərdən biri Tehran Universitetidir. Həmin universitetlərin müvafiq proqramlarına bizim universitetlər faydalı əməkdaşlıqlar qura bilərlər. İranda 29 ali təhsil müəssisəsi ilk dünya reytinqlərində 1000-likdədir. Mənim fikrimcə, çox ciddi nəticədir. Bizdən bəzi ali təhsil müəssisələri xüsusilə Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti İranın neft-qaz sahəsindəki universitetləri ilə bilik və bacarıq mübadiləsi edə bilərlər. Tələbə mübadiləsi prosesi də ən azından həyata keçirilə bilər”.
Ekspert əlavə edib ki, texnoloji yeniliklərin tətbiqi hər iki ölkə üçün uğurlu nəticələr verə bilər:
“İran da neft-qaz ölkəsidir. Azərbaycanda bu sahəyə xüsusi diqqət ayrılması fonunda, gələcəkdə digər region ölkələrinin, iqtisadiyyatları bu sahəyə əsaslanan ölkələrin kadr təminatı baxımından bu əməkdaşlıq müsbət dəyərləndirilə bilər. Əlbəttə, burada elm və mədəniyyət sahəsində də əlaqələri genişləndirmək olar. Xüsusilə sevinərik ki, İran təhsilində Azərbaycan dilinə önəm verilsin, Azərbaycan dilli vətəndaşlarımızın öz doğma dillərində təhsil almaları üçün imkanlar yaradılsın. Bu imkanlar təkcə orta məktəblərdə deyil, eyni zamanda ali təhsil səviyyəsində də olsun. Ümumiyyətlə, əlaqələrin qurulması hər iki ölkə üçün önəmlidir, xüsusilə təhsil sahəsində. Amma yenə də İranın əvvəlki dövrlərdəki təcrübələrindən xəbərdarıq. Təəssüf ki, əvvəlki prezidentlərin dövründə, xüsusilə bəzi təhsil müəssisələri tərəfindən orada təhsil alan tələbələrimiz müəyyən radikal meyllərə, dini təriqətlərə və ya siyasi ideologiyalara yönləndirilmişdi. Yəni, əgər bu istiqamətlər olmasa və daha çox elmi, texnoloji, tibb sahələrində əməkdaşlıqlar olsa, nəticələr daha müsbət olar”.
Leyla Turan
Demokrat.az