Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

GÜNDƏM 29 aprel 2025, 21:00
Babək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 30 aprel 2025-ci il tarixində saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq.

Qaz təchizatının dayandırılmasına səbəb 100 mm və 159 mm diametrli qaz borularında aşkar edilmiş korroziya hallarının aradan qaldırılmasıdır.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 22:31
Top