Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil vəfat etdi

HADİSƏ 29 aprel 2025, 09:47
Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş Məzahir Sultanovun oğlu vəfat edib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

Məlumata görə, M.Sultanovun 23 yaşlı oğlu Əlif ötən gün qəfil dünyasını dəyişib.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Məzahir Sultanov 21 il BDU-da rəhbər vəzifələrdə çalışıb və təhsil müəssisəsinin maliyyə sisteminə nəzarət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 13:15
Top