Politoloq: "Azərbaycan dünyanın siyasi trendlərini müəyyənləşdirən ölkələrdən biridir"

GÜNDƏM 28 aprel 2025, 13:14
“Bu gün dünya üçün çox əhəmiyyətli bir addım atılır. Nəzər almaq lazımdır ki, Qlobal Cənub QHT platforması çox vacib əhəmiyyətə malik olan bir platformadır” 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

“Bu platformanın yaranması dünyanın qeyri-vətəndaş cəmiyyəti sahəsində artıq vahid bir həmrəylik nümunəsini ortaya qoyduğunu göstərir. Eyni zamanda özəlliklə Bakıdakı COP29 tədbirindən sonra beynəlxalq həmrəylik və məsuliyyət şüurunun daha da artırılması ilə bağlı ortaq bir qənaetə gəlinib. Doğrudan da bu gün dünyada hər bir şeyi dövlət idarəedicilərindən və hökumətlərdən gözləmək yox, vətəndaş cəmiyyətinin də beynəlxalq bir koalisiya, birliyə ehtiyacı olduğunu biz hər bir sahədə görürük”.  

Politoloq bildirib ki,  Qlobal Cənub platformasının yaranması vacib əhəmiyyətə malikdir:

“Biz dünyada baş verən istənilən böhranlı vəziyyətlərdə özlərini daha inkişaf etmiş kimi göstərən Qərb ölkələrinin, dövlətlərinin və onların idarəedicilərinin digər ölkələrə qarşı saymazyana münasibətlərini görürdük. Amma bu gün Qlobal Cənub hər bir sahədə inkişaf edir. Dünya ahalisinin 80 %-ni birləşdirən 116 ölkənin nüfuzlu QHT rəhbərlərinin vahid bir platformada bir araya gəlməsi dünyanın həmrəylik şüurunun növbəti və çox vacib göstəricilərindən biridir. Eyni zamanda bu gün Azərbaycanın Qlobal Cənub QHT platformasına ev sahibliyi etməsi, yenə ölkəmizin bu sahədə fərqlənməsini göstərir. Azərbaycanda belə bir platformanın fəaliyyətə başlaması bir də onu göstərir ki, bu gün Azərbaycan dünyanın siyasi trendlərini müəyyənləşdirən ölkələrdən biridir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top