Əlcəzairdə torpaq sürüşməsi olub, ölən və xəsarət alanlar var

DÜNYA 27 aprel 2025, 20:51
Əlcəzairin şimal-qərbindəki Oran əyalətində torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mülki müdafiə qurumları məlumat yayıb.

Səlahiyyətli şəxslərin sözlərinə görə, torpaq sürüşməsi Əlcəzairin paytaxtından təxminən 400 km aralıda yerləşən Ard Şebat bölgəsində baş verib. Hadisə nəticəsində 5 evə ziyan dəyib.

Ölənlər arasında iki qadın və iki uşaq da var. Yaşları 12-75 arasında olan daha 13 nəfər müxtəlif xəsarətlər alıb. Yeddi nəfər mülki müdafiə bölmələri tərəfindən təxliyə edilib, qalanları isə şəxsi nəqliyyat vasitəsi ilə daşınıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Xilasetmə əməliyyatı davam edir. Torpaq sürüşməsinin səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top