Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın — Lavrov

DÜNYA 26 aprel 2025, 13:19
“Moskva özünü nəzakətli aparır və Ukraynada nizamlanma üzrə danışıqların detallarını açıqlamır”.

Demokrat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya danışıqların detallarını Ukrayna Prezidenti Volodimir Zelenski kimi açıq şəkildə müzakirə etmir:

“Biz həqiqətən nəzakətli insanlarıq və bəzilərindən fərqli olaraq heç vaxt danışıqlarda müzakirə olunanları ictimaiyyət qarşısında müzakirə etmirik. Əgər sizə danışıqların mahiyyətini bilmək lazımdırsa, Zelenski ilə əlaqə saxlayın.

O, media vasitəsilə hər kəslə danışmaqdan məmnundur və tələblərini, hətta ABŞ Prezidenti Donald Trampa bildirib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 aprel 2025, 16:53
Top