Cammu və Kəşmirdə nəzarət xəttində Pakistan hərbçiləri Hindistan postlarını atəşə tutub.
Demokrat.az xəbər verir ki, bu barədə “News 18” nəşri məlumat yayıb.
Hindistan ordusu tərəfindən cavab tədbirləri görülüb. Hələlik ölən və yaralananlarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik artıb.
Aprelin 23-də Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağlayıb. Aprelin 25-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib.