Balakəndə 37 yaşlı kişi keçmiş arvadını döydü

KRİMİNAL 25 aprel 2025, 15:07
Balakən rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Balakən rayon sakini, 1988-ci il təvəllüdlü Qasım keçmiş arvadı Zəminə ilə yaşadığı evin həyətində aralarında  yaranmış mübahisə zamanı onun sağ gözünün alt nahiyyəsinə və alnının sol  hissəsinə yumruq zərbəsi vurub. 

Həmçinin saçından tutaraq yerə yıxıb və yerdə Zəminənin sol ayağının baldır hissəsinə təpik vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Qasımın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Balakən Rayon Məhkəməsində hökm çıxarılan zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb. Bu səbəbdən Qasımın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top