Qazaxıstan Rusiya ilə “müharibə hazırlığı” haqqında məlumatları saxta adlandırıb

DÜNYA 24 aprel 2025, 18:29
Qazaxıstan müharibəyə hazırlaşmır və “Ərazi müdafiəsi haqqında” qanun layihəsi  Rusiyaya qarşı yönəlməyib. 

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib ki, qanun layihəsi yalnız ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib və heç bir anti-Rusiya əhval-ruhiyyəsini ehtiva etmir. 

Nazirliyin nümayəndələri qeyd ediblər ki, Rusiya Federasiyası Qazaxıstanın strateji tərəfdaşıdır, onunla KTMT , MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mehriban qonşuluq və müttəfiqlik münasibətləri saxlanılır.

Məlumata görə qanun hərbi vəziyyət və ya digər fövqəladə hallar şəraitində daxili sabitliyin təmin edilməsi, mülki əhalinin, infrastruktur obyektlərinin və respublikanın ərazi bütövlüyünün qorunması məqsədi ilə hazırlanır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top