“Çinin dünyada geniş nüfuza malik olduğunu görürük. Bu da iki ölkənin əməkdaşlığına öz töhfəsini verəcək”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, Azərbaycan 30 illik işğal müddətində özünü dünyaya nümayiş etdirən və zəfər əldə etmiş bir dövlətdir:
“Çin Xalq Respublikası öz inkişaf dövrünü 1978-ci ildən başlayıb. Bu dövrə kimi Çin hökümətində ciddi problemlər mövcud idi. Hazırda “Bir kəmər, bir yol” layihəsi bütün dünyanın maraq və diqqətindədir. Bu gün Orta Dəhlizin formalaşmasında Azərbaycan yaxından iştirak edə bilər. Azərbaycan ilk dövlətlərdəndir ki, Çinin bu təklifinə müsbət yanaşaraq Orta Dəhlizin tam Azərbaycandan keçməsi üçün infrastrukturu yarada bilmişdi. Bu bütün xarici şirkətlərə imkan verir ki öz işlərini gəlib, məhz burada qursunlar. Ölkə başçısının səfəri ona yol açır ki, Çin Azərbaycanın iş adamlarını öz ölkəsinə dəvət edir. Bu özü imkan verəcək ki, son 1-2 ildə ticari dövriyyədə olan rəqəmlər artacaq”.
Leyla Turan
Demokrat.az