Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pislədi

DÜNYA 24 aprel 2025, 09:48
Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

Demokrat.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan "Armenpress"ə bildirib.

"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 12:29
Top