"Ramiz Mehdiyev kanalizasiya pullarını yeyib qaçdı" — Hafiz Hacıyev

GÜNDƏM 21 aprel 2025, 22:17
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təklif edib ki, leysan zamanı tunellərə girişə məhdudiyyət qoyulsun.

Problemin çıxış yolu budurmu?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, çıxış yolu bu deyil:

"Düzdür, Eldar müəllim bunu deyir, amma bu elə sahələrdir ki, Eldar müəllimin səlahiyyətində deyil. Bu məsələni Bakı kanalizasiya idarəsi həll etməlidir. Yağış yağan zaman hər körpünün altına qarovulçu qoyula bilməz. Eldar müəllim deyir ki, bu məsələni inkişaf etdirmək lazımdır. Körpünün başından 1 metr dərinliyində kanal qazılsın, ora turba salınsın, üstündən də setkalar çəkilsin. Su gəlib körpünün altına axmasın, yönü başqa səmtə yönləndirilsin. Bakıda görülməli işlər çoxdur. O vaxt Bakı kanalizasiyasının təmiri üçün pul ayrıldı. Məsələ Ramiz Mehdiyevə tapşırıldı. Neçə milyard pul ayrıldı, Ramiz Mehdiyev pulları yeyib qaçdı. Bu gün o qədər qurumlar yaranıb ki, heç kim heç kimin kitabını oxumur. Bakı kanalizasiya idarəsi deyir ki, mənlik deyil, “Bakılıqdır”, Bakı da başqa şey deyir".

Müsahibimiz qeyd etdi ki, qəti qərar qəbul edilməlidir.

"Hər hansı bir yeri bağlamaq çıxış yolu deyil. Eldar müəllim təcrübəli insandır, gərək bu məsələlərdə qəti iradəsini ortaya qoysun. "Bağırov" körpüsünə hər zaman su dolur. Şəxsən mənə bu məsələni tapşırsalar, bir günə həll edərəm, pul da lazım deyil. 10 metr yerdir, oranı qazıb turba salıb başqa yönə yönləndirərik. Diqqət lazımdır. Hərə bir bəhanə gətirir, həmin bəhanələrə xalqımız dözürsə, dözsün, nə deyə bilərik", - deyə H.Hacıyev vurğuladı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 22:39
21 aprel 2025, 21:13
Top