Vaterloo Universitetinin alimləri müəyyən ediblər ki, natrium və kalium balansı bədəndə normal qan təzyiqinin saxlanması üçün vacibdir.
Fast food, duzlu qəlyanaltılar, balıq, yumurta və dənli bitkilər natriumla, banan, avokado və paxlalılar isə kaliumla zəngindir.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri American Journal of Physiology and Renal Physiology (AJPRP) jurnalında dərc olunub.
Böyrəklərin, ürək-damar və hormonal sistemlərin əlaqələndirilmiş işi bədənə natrium və kalium kimi elektrolitlərin düzgün səviyyəsini saxlamağa kömək edir. Ancaq müasir yemək vərdişləri, xüsusilə işlənmiş qidaların bolluğu ilə tipik Qərb pəhrizi bu tarazlığı pozur.
Bu, yüksək təzyiqə gətirib çıxarır və nəticədə infarkt və insult riskini artırır.
Alimlər bildiriblər ki, natrium qan təzyiqini artırır, kalium isə onu aşağı salmağa kömək edir. Yeni araşdırmalar göstərir ki, pəhrizdə ən vacib olan bu iki elementin nisbətidir.
Əfsanə Kamal
Demokrat.az