"Rəşadın balaları üçün narahatam"

ŞOU-BİZNES 21 aprel 2025, 23:20

Meyxanaçı Ələkbər Yasamallı hazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.

Axşam.az xəbər verir ki, meyxanaçı "Qapqara" yutub layihəsində Rəşadın övladları Yusif və Betül üçün narahat olduğunu deyib:

"Allah həbsxanada olan hər kəsin qapısın açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbr versin. Rəşada da Allah azadlığı duymağı nəsib etsin. Allah şahiddir, həmişə demişəm, Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları, o həsrət üçün narahatam. Rəşad kişidir, sabah bilmirik başımıza nə gələcək".

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 22:39
21 aprel 2025, 21:13
Top