Şou-biznes

"Rəşadın balaları üçün narahatam"

Rəşadın balaları üçün narahatam

Meyxanaçı Ələkbər Yasamallıhazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.

Axşam.az xəbər verir ki, meyxanaçı "Qapqara" yutub layihəsindəRəşadın övladlarıYusif və Betül üçün narahat olduğunudeyib:

"Allah həbsxanada olan hər kəsin qapısın açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbr versin. Rəşada da Allah azadlığı duymağı nəsib etsin. Allah şahiddir,həmişə demişəm, Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları, o həsrət üçün narahatam. Rəşad kişidir, sabah bilmirik başımıza nə gələcək".

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

NE
Nihadə Eyyubova