
Britaniya kralı III Çarlz yenidən Pasxa bayramını taxt varisi və ailəsi olmadan qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Belə ki, şahzadə Uilyam, həyat yoldaşı Keyt Middlton və uşaqları həftə sonunu Norfolkdakı malikanələrində keçirib. Onların heç biri Çarlz III və Kraliça Kamillanın iştirak etdiyi Vindsor qəsrindəki Pasxa mərasiminə qatılmayıb.
Qeyd edək ki, Uilyam və Keyt ardıcıl ikinci dəfə ənənəni pozublar. Lakin keçən il onların səbəbi Keytə xərçəng diaqnozu qoyulması idi. Bu il isə onların yoxluğu uşaqları və bir-birləri ilə daha çox vaxt keçirmək istəmələri ilə izah olunur.