
Əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov ailəvi dost olmadıqlarını bildiriblər.
Axşam.az xəbər verir ki, bu barədə 25 ildir dostluq edən sənətçilər "Həmin Zaur" verilişində danışıblar:
"Bir-birimizin evinə ancaq xeyirdə-şərdə gedib-gəlirik. Ailəvi dostluğumuz yoxdur. Başqa günlərdə getmirik. İndi elə bir dövrdür ki, vaxtımız yoxdur".
Rafael İsgəndərov həmçinin bütün sirlərini Coşqunla bölüşmədiyini bildirib:
"Ele sirlər var ki, o da, mən də özümlə aparacağam".