"Ayaqqabım yox idi, efirə qaloşla çıxmışdım”

ŞOU-BİZNES 21 aprel 2025, 21:42

Müğənni Nadir Qafarzadə uşaqlıq illərində yaşadığı çətinlikdən danışıb.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi 12 yaşında imkansızlıqdan efirə qaloşla gəldiyini bildirib:

"12 yaşımda atam rəhmətə gedəndən sonra AzTV-yə çəkilişə gəlməli idim. Ayaqqabım yox idi. Anam dedi ki, getmək lazımdır. Mənim proqramım var idi, oxumalıydım. Özü də yaxşı solistlərdən idim, öndə dururdum. Efirə qaloşla çıxdım. Anam operatordan xahiş etdi ki, ayağımı çəkməsin. Sabah məktəbə gedəcək, ona tənə olmasın. Operator mərhum Xalq artisti Leyla Bədirbəylinin oğlu idi. Biz bunlardan keçib gəlmişik".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 22:39
21 aprel 2025, 21:13
Top