Prezident: "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk"

GÜNDƏM 21 aprel 2025, 21:05
"Biz "Kəmər və yol" təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb".

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

"Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir", - deyə Azərbaycan Prezidenti bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 22:39
21 aprel 2025, 21:13
Top