"Hər il aprel ayında soyuq havanın qayıtmasını müşahidə edirik"

GÜNDƏM 18 aprel 2025, 17:31
Ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur. Dağlıq ərazilərdə qar yağır. 15 çaydan sel keçib. 

Bununla bağlı meteroloq Cavidan Əliyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, hər il aprel ayında bizdə demək olar ki, soyuğun qayıtmasını müşahidə edirik:

“Çünki şimalda çaylar hələ də donmuş vəziyyətlərdir. Ona görə isti olmasına baxmayaraq müəyyən günlərdə hava axınlarının şimaldan hərəkət edən kimi bizdə belə hallar yaşanır. Məsələn, Moskva və digər şəhərlərə qar yağır. Dağlıq ərazilərimizdə qar müşahidə olunur. Bizdə Şimal və Şərq rayunlarında çox güclü yağış müşahidə olunmuşdu. Bir sıra çaylardan sel keçmişdi. Eləcə də Bakıda leysan xarakterli yağış yağmışdır. Bunun səbəbi Cənub cərəyanı olmuşdu. Digər tərəfdən eyni zamanda Şimal-Qərbdən hərəkət edən hava kütləsi olmuşdu. Yəni iki hava cərəyanı məhz ölkənin Şərq hissəsində birləşmişdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top