Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar — FOTOLAR

SİYASƏT 18 aprel 2025, 15:36
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.

Demokrat.az 
xəbər verir ki, bu barədə BTŞİ məlumat yayıb.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı və baş məsləhətçi vəzifələrində, Kənan Hüseynov isə MÜTDA-nın Maliyyə və təchizat şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top