"Bu vəziyyətlərə ciddi hazırlaşmalıyıq ki, kiçik bir hava dəyişikliyindən ciddi faciələr yaşanmasın” — Fazil Mustafa

GÜNDƏM 17 aprel 2025, 11:45
“Bu, hər yanda baş verən prosesdir. Bir neçə gündür leysan yağır. Bu da təbii ki, müəyyən sahələrdə olan müəyyən boşluqlar var ki bu vəziyyətdə üzə çıxır”. 

Bunu Demokrat.az-a açıqlmasında deputat Fazil Mustafa deyib.

O əlavə edib ki, bu, ümumi çətinlikdir:

“Ona görə də bu gün bütün dövlət qurumları, xüsusilə də Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti səfərbər olublar. Fədakarlıqla bu fəsadları ortadan qaldırmağa çalışırlar. Ona görə də bu məsələdə, məncə, səbrli olub prosesi gözləmək lazımdır. Tənqidi sonra etmək olar. Müəyyən su basma nəticəsində insanların harasa gedib çıxması, yolların qapalı olması və başqa məsələlərdə problemlər var. Bunları ortadan qaldırandan sonra məsələlər haqqında, hər halda  müzakirə aparmaq olar. Həqiqətən də biz bu kimi vəziyyətlərə ciddi hazırlaşmalıyıq ki, kiçik bir hava dəyişikliyindən ciddi bir faciələr, fəlakətlər yaşanmasın”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top