“Azərbaycan və Ermənistan arasındakı məlum münaqişənin yekun mərhələsi olan sülh sazişi üzərində danışıqlar davam edir. Lakin son zamanlar səslənən bəzi açıqlamalar və siyasi mövqelər bu prosesin yaxın zamanda başa çatmayacağından xəbər verir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Anadolu Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər vəziyyətin ciddiliyini bir daha ortaya qoyur”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində açıq şəkildə bildirib ki, Ermənistanın Konstitusiyası və digər normativ hüquqi aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alır:
“Ermənistan Konstitusiyasının preambulasında 1989-cu ildə qəbul olunmuş “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında” qərar əsas götürülür. Bu isə Azərbaycan üçün qətiyyən qəbulolunmazdır. Azərbaycan tərəfi bildirir ki, əgər Ermənistan sülh istəyində səmimidirsə, ilk növbədə bu cür ərazi iddialarına son qoymalı, Konstitusiyasını və digər hüquqi sənədlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə dəyişdirməlidir. Ermənistan rəhbərliyi isə bu məsələ ilə bağlı qeyri-müəyyən və təxirəsalıcı mövqe tutur. Rəsmi İrəvan bildirir ki, Konstitusiya dəyişikliyi yalnız 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra müzakirəyə çıxarıla bilər”.
O əlavə edib ki, bu, o deməkdir ki, real dəyişikliklər yalnız 2027-ci ildə mümkündür:
“Bəzi analitiklər bu mövqeni Ermənistanın sülh prosesini süni şəkildə ləngitmək və vaxt qazanmaq cəhdi kimi qiymətləndirir. Yəni göründüyü kimi Ermənistan hələ sülhə tələsmir, yalnız prosesləri manipulyasiya etməklə, beynəlxalq konyunkturanı aldatmaqla məşğuldur. Azərbaycan isə sülh prosesinə sadiqdir və bu istiqamətdə konkret və məqsədyönlü addımlar atır. Ölkəmiz diplomatik kanallarla beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırır və Ermənistanın sülh prosesinə süni maneələr yaratmasının qarşısının alınmasını istəyir. Göründüyü kimi, Azərbaycan bölgədə davamlı sülhün tərəfdarıdır, lakin, bu sülh, yalnız ədalət və beynəlxalq hüququn prinsipləri əsasında mümkündür. Ermənistanın Konstitusiyasında ərazi iddiaları qalmaqda davam etdikcə, istənilən sülh sənədi yalnız kağız üzərində qalacaq. Azərbaycan isə real nəticələr doğuracaq və gələcək nəsillərə sabit və təhlükəsiz Cənubi Qafqazın miras qoyulmasını təmin edəcək sülh müqaviləsi istəyir”.
Leyla Turan
Demokrat.az