Oğlanlar nə üçün az bal toplayırlar? — AÇIQLAMA

GÜNDƏM 15 aprel 2025, 15:58
Bu il martın 2-də keçirilmiş buraxılış imtahanlarında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 16-sı qız, 6-sı isə oğlandır.

Mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Elçin Əfəndi Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, qızlar imtahan prosesinə daha ciddi hazırlaşırlar:

“Yəni, oğlanlar qızlarla müqayisədə  məsələyə daha ciddi yanaşmırlar. Qızların daha çox bal toplamasının səbəbi odur ki, onlar hazırlıq müddətində daha sərbəstdirlər. Bir növ onlardan valideynləri, müəllimləri tərəfindən gözlənti var. Oğlanlar qızlara nəzərən daha sosialdırlar. Onlar vaxtlarını müvafiq əyləncələrə sərf edirlər. Telefonla oyun oynayırlar,  hansısa bir sahədə idmanla məşğul olurlar, dostlarla çıxıb şəhərdə gəzirlər. Oğlanlar asudə vaxtlarını əyləncə istiqamətində daha çox keçirirlər. Qızlarda isə bir o qədər sosial rahatlıq yoxdur. Ona görə də onlar məhz təhsilə yönlənirlər. Nəticələrində də biz bunları asan görə bilirik. Burada paralellik olmasını çox istəyərik. Təbii ki, qızların bu nəticələrinin tərəfdarıyam, eyni zamanda onları dəstəkləyirəm. Daima qızların oxumaqlarının önəmini xüsusi olaraq vurğulayıram. Təhsilli qızlarımız cəmiyyətimizin daha yaxşı, daha sivil olmasının demək olar ki, təməlində dayanırlar”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top