Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyərək vura biləcəklərini deyib. Son günlər ABŞ-yə aid olan hərbi gəmirlərin İrana yaxınlaşması, eləcə də İrana yaxın olan ölkələrdəki ABŞ hərbi bazalarında döyüş təyyarələrinin sayının artırılması bu ehtimalı gücləndirir.
Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında bildirib ki, Trampın İranı təhdid etməsi Amerika tərəfindən təklif olunan nüvə proqramı ilə bağlı müqaviləyə İranı məcbur etmək məqsədi daşıyır:
“Yəni, bu cür mesajlar verməkdə ABŞ-nın məqsədi var. Tramp admistrasiyası göstərir ki, əgər rəsmi Tehran təqdim olunan müqaviləni imzalamasa məsələlərinin razılığı olmasa İrana hərbi zərbələr endirə bilər. İranı hərbi zərbələr endirmək Amerikanın maraqlarında görünmür. Onlar bu məsələni son variant kimi saxlayırlar. Hər iki tərəf maksimum dərəcədə məsələnin dialoq və danışılar yolu ilə həll edilməsinə çalışacaqlar. Hazırda İran üçün anlaşmadan başqa çıxış yolu görünmür. İran da çalışır ki, bu məsələlərdə maksimum dərəcədə qazanclı çıxsın. Əgər anlaşma olmasa və İran hakimiyyəti məsələdən yayılmağa çalışsa, Amerikanın İrana zərbələr endirməsi istisna edilməməlidir. Bu böyük müharibəyə gətirib çıxaran bir zərbə olmayacaq. Çünki heç bir tərəf böyük müharibənin marağında deyil. Amma müəyyən bir xəbərdarlıq üçün, bu cür xəbərdarlıqların real olduğunu göstərmək üçün müəyyən zərbələr endirilə bilər”.
Leyla Turan
Demokrat.az