“Bu gün Rusiya Ukrayna müharibəsində öz şərtləri daxilində sülh razılaşmasını əldə etməyə çalışır. Bu razılaşmanı da əldə etmək üçün Ukraynaya qarşı bütün vasitələrdən istifadə edir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O əlavə edib ki, Ukraynanın hazırda Rusiya ilə sülh müqaviləsində müəyyən konseptual baxışı var:
“Bu baxışlar həm ABŞ-nın, həm də Rusiyanın yanaşmasından kifayət qədər fərqlidir. Bu da ABŞ ilə Rusiya arasında müəyyən razılıqlar əldə edilsə də Ukraynanın bu təkliflərlə razılaşmadığını göstərir. Əslində, vəziyyət kifayət qədər artıq qəliz bir məqama gəlib çatıb. Bundan əvvəl NATO-nun Şərqə doğru genişlənməsini bəhana gətirən Rusiya Ukrayna torpaqlarını işğal etmişdi. İndi də gördük ki, Ukraynanı Rusiyanın qibtə etdiyi şərtlərlə sülhə razı salmaq üçün Rusiya hücum siyasətini davam etdirir. Son olaraq Vaşinqtonun Sumı hücumuna qarşı münasibəti də onu söyləməyimizə əsas verir ki, artıq bundan sonra Rusiya və Ukrayna istənilən aqressiv hücumunda ABŞ və Tramp administrasiyası kəskin reaksiyalar verməyəcək. Bütün bunlar əslində Ukrayna taleyinin nə qədər çətin bir sınaq qarşısında olduğunu növbəti dəfə nümayiş etdirir. Baş verən hadisələr dünyanın savaş girdabında görmək istəyən qüvvələri, onların havadarlarının yanaşmalarını çox açıq formada ortaya qorur”.
Leyla Turan
Demokrat.az