Qadın embrion qarışıqlığı ucbatından başqasının uşağını dünyaya gətirib

DÜNYA 10 aprel 2025, 21:08
Avstraliyada ekstrakorporal mayalanma (IVF) keçirən qadına səhvən başqa bir embrion implantasiya edildiyi üçün başqasının uşağını dünyaya gətirib. 

Demokrat.az
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Səhv Kvinslenddəki Monash IVF klinikasının reproduktiv mütəxəssisləri tərəfindən edilib. 

Qurumun baş direktoru Maykl Knaap səhv faktını təsdiqləyərək  üzr istəyib.  Direktor jurnalistlərlə söhbətində xəstəyə başqa qadının embrionunun implantasiyasının insan səhvi ucbatından baş verdiyini təsdiqləyib.

Keçən il eyni klinika yüzlərlə müştərini məyus edib. Məhkəmə xəstəxananı zərərçəkənlərə ümumilikdə 56 milyon Avstraliya dolları ödəməyə məcbur edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top