Bakıda Qafqazın ən böyük turizm tədbirlərindən biri keçirilib — FOTOLAR

TURİZM 10 aprel 2025, 16:50
Bu gün "JW Marriot" mehmanxanasında "Baku Travel Baazar" tədbiri çərçivəsində görüş baş tutub. 

Görüşdə Azərbaycan Sağlamlıq və Termal Turuzminə Dəstək Assosasiyasıyasının idarə heyətinin sədri Ruslan Quliyev ilə Gürcüstan Turizm Assosasiyyasının sədri Natalie Kvaçantiradze arasında üzünmüddətli əməkdaşlıq memorandumu imzalanıb. 

Görüş zamanı 2025-2026 cı illər üçün qarşılıqlı fəaliyyət planı müzakirə olunub. 

Görüşdə idarə heyətinin üzvləri Nəzər Eminov, Ceyhun Aşurov, Gürcüstan tərəfdən Nino Çumburidze, Gürcüstan Spa Velnes və Tibbi turizm komitəsinin rəhbəri iştirak edib.

Əməkdaşlıq Memorandumu Azərbaycan və Gürcüstan arasında  turizmin inkişaf etdirilməsinə kömək etmək, turizm təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm potensialını xarici ölkələrdə tanıtmaq və Cənubi Qafqazda sərhədyanı turizmi təbliğ edərək, ortaq turizm məhsullarının yaradılmasını təmin etməkdən ibarətdir.

Beynəlxalq təcrübəni öyrənmək,  treninqlər keçirmək, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq, birgə daxili və xarici infoturlar təşkil etmək  və bu istiqamətdə  tərəflərin müvafiq birgə inkişaf proqramlarını hazırlamaq, turizm fəaliyyətinin inkişafına yönələn lahiyələrin hazırlanması və həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək, sağlamlıq turizmi, ekoturizm, işgüzar turizm və digər alternativ turizm növlərinin təbliğ və reallaşdırılmasına töhfə vermək məqsədlər arasındadır.

Xatırladaq ki, "Baku Travel Baazar" sərgisi Qafqazın ən böyük turizm tədbirlərindən biridir və ildən-ilə artan iştirakçı sayı ilə böyük nüfuz qazanıb. 



























Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top