Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilsin. Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir.
Bununla bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, yaşa görə əmək pensiyası, sığortalınmış pensiya təminatı, ayrıca uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər var:
“Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər var. Yaşa görə əmək pensiyası təyin olduqdan sonra işləməyə davam edən və işləməyən pensiyaçılarımız var. Hər bir şəxsin əmək pensiyasını alması müvafiq qanunla tənzimlənir. Hazırda ölkəmizdə kişilərdə 2025-ci ilə görə 65 yaş, qadınlarda isə 64 yaş 6 ay hesablanır. 2026-cı ildə kişi və qadınların pensiya çıxma yaşı 65 yaş olacaqdır.
Təbii olaraq, həmkarım Vüqar Bayramovun bu təklifi də maraqlıdır. Əmək pensiya haqqında qanuna təklif edilən dəyişikliklər var. Bunlardan biri də qadınların uşaqların sayına görə pensiyaya çıxmasını müəyyənləşdirən təklifdir. Bu da bir deputatın, bir iqtisadçının təbii ki, təklifidir. Təbii ki, parlament müzakirə yeridir. Hər bir qanun oxunuşlarda müzakirə olunur, detallarla araşdırılır və mütəxəssislərin rəyləri nəzərə alınır. Ümumi deputatların yekun rəyi ilə həmin qanun qəbul edilir”.
Millət vəkili deyib ki, əvvəllər ailələrdə 7, 8, 9, 10 hətta, 15 uşaq olardı:
“Amma indi dünyanın bütün ölkələrində ailə institutunda böyük problemlər var. Çoxuşaqlı ailərin sayı minimuma düşüb. Ölkəmizdə ailələrdə 1 və ya 2 uşağı olanları daha çox görürük. Dünyada ailə institutunda yaranan problemlər günü-gündən artır. Az uşaq doğulsa da dünyada insanların sayı artır. Bu, elmin, texnikanın, tibbin yeni yanaşmaların tətbiq olunması, dünyanın inkişaf etməsi, tibbə əlçatanlıq insanın daha çox gənc qalmasına, daha çox ömür sürməsinə gətirib çıxardır. İnsanlarımızın çoxu ən çox müraciətləri pensiya yaşı bitəndən sonra da işləmək istəyidir.
Ümumi olaraq, təklif maraqlıdır. Bu, həm də ailərdə çoxuşaqlılığın da stimulaşdırılmasına dəstək kimi ola bilər”.
Leyla Turan
Demokrat.az