Ekspert: “Elmi tədqiqat insitutlarının birləşdirilməsi təhsilə birbaşa müsbət təsir edəcək”

SOSİAL 09 aprel 2025, 17:31
“Oxşar istiqamətdə fəaliyyət göstərən elmi tədqiqat insitutlarının istiqamət üzrə ali təhsil müəssisələrinin tabeliyində olub, onlarla birləşdirilməsi məsələsi gündəmdədir. Bu qərarın çox effektiv olacağını düşünürəm”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. 

O bildirib ki, ilk növbədə qərar həmin insitutların daha səmərəli fəaliyyət göstərməsi istiqamətində mütləqdir: 

“İkincisi, əldə edilən elmi nəticələrin birbaşa təhsilə inteqrasiya etməsi daha rahat və effektiv olacaq. 

Eyni zamanda maliyyə itkinin qarşısı alınacaq. Ali təhsil elmi dərəcəli müəssisələrinin professor, müəllim heyətinin zənginləşməsinə gətirib çıxaracaq. Bütün bunlar birbaşa təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Azərbaycanda bir çox elmi tədqiqat insitutlarının birləşdirilməsi ilə bağlı qərar qəbul edilib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top