"Ət məhsulları bu müddətdən artıq soyuducuda saxlanıla bilməz" — AÇIQLAMA

GÜNDƏM 08 aprel 2025, 18:13
“Dondurulmuş ətlər də təzə kəsilmiş ətlər kimi müəyyən saxlama müddətinə malikdir. Adətən dondurulmuş ətlərin minimum saxlama müddəti 6 aydır. Həmin müddət ərzində istehlak edilməlidir. Bu ətlər ilk öncə -35, -40 dərəcə altında şok selsi effektinə verilir, 12 saat saxlanılaraq tam dondurulur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov deyib. 

“Daha sonra ətlər -18 dərəcə həm daşınır, həm də saxlanılır. Belə olduqda ət öz keyfiyyət göstəricilərini minimum miqdarda itirir və istifadəyə uyğun olur. Donmuş ətlərin daşınma zamanı orqanikliyini itirməməsi üçün bunlar vacibdir. Belə olduğu halda məhsulun istehlak ömrü uzanır, qida əlçatanlığı istehlakçılara daha maraqlı olur. Donmuş ətlərin istehlakında heç bir problem yoxdur, sadəcə düzgün saxlama şəraitinə mütləq əməl edilməlidir. Alındıqdan sonra -18 və +5 dərəcə aralığında soyuducuda saxlanmalıdır. Bu proseslərə riayət etdikdə ətin keyfiyyəti, təhlükəsizlik göstəriciləri tam şəkildə qanuna uyğun olur”. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
Top