ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlat Çinlə yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırılarsa, saziş bağlaya bilər. Bu barədə Ağ Ev rəhbəri Oval kabinetdə çıxışında bildirib. Tramp vurğulayıb ki, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir. Ona görə də ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün Çin-ABŞ arasında iqtisadi rəqabət ən yüksək səviyyəyə çatıbdır:
“Bunun təbii ki, bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, doğrudan da dünyada Çinin iqtisadi gücü və qüdrəti əvvəlki illərə nisbətən bir xeyli artıbdır. Hazırda gələcəklə bağlı bütün futuristik iqtisadi nəzəriyyələrdə Çinin dünyanın gələcək iqtisadi sistemində Amerikadan üstün olacağını söyləməyə əsas verir. Digər bir tərəfdən, həm də Tramp Çini çox ciddi formada ABŞ-nın qlobal iqtisadi dominantlığı üçün bir təhdid olaraq dəyərləndirir. Trampın hakimiyyəti dövründə ABŞ ilə Çin arasındakı iqtisadi qarşı durmaların daha da dərinləşəcəyi aydın bilinirdi. Digər bir tərəfdən, həm bu gün Trampın Çin mallarını qarşı rüsum siyasətində artımlara getməsi və təbii ki, bunun qarşılığında Çinin də ABŞ-dan Çinə idxal olunacaq məhsulları eyni həcmdə rüsumlara məruz qoyması iki ölkə arasındakı iqtisadi qarşıdurmanın səviyyəsini daha da artırmış olur. Eyni zamanda, bu gün Çin Trampın qərarları ilə razılaşmır. Faktik olaraq, ABŞ və Çin arasında iqtisadi rəqabətin miqyası get-gedə artır. Eyni zamanda ABŞ dövlət büdcəsini yenidən formalaşdırmağa qərarı verib”.
Leyla Turan
Demokrat.az