Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik vasitələrlə həll etmək üçün əlindən gələni etməyə hazırdır.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, hər şey ABŞ və İran arasında danışıqlardan asılı olacaq.
Peskovun sözlərinə görə, Rusiya İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti siyasi və diplomatik yollarla həll etmək üçün öz imkanları daxilində hər şeyi etməyə hazırdır.
Aprelin 12-də Omanda İran və ABŞ arasında dolayı danışıqlar baş tutub və bu danışıqlarda tərəflər vasitəçilər vasitəsilə fikir mübadiləsi aparıblar. Görüş iki saatdan çox davam edib.
Vaşinqton və Tehran nüvə probleminin həllinin əsas məqamlarını və İrana qarşı sanksiyaların mümkün ləğvini müzakirə etmək üçün bir həftə sonra yenidən görüşməyi planlaşdırır.
Əfsanə Kamal
Demokrat.az