Göyçədə bu ərazilər Azərbaycana veriləcək

SİYASƏT 16 aprel 2025, 22:34
Müstəqillik bəyannaməsinin Konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir. Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır.

Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni diplomat Edqar Qazaryan deyib.

Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir:

“Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Rusiyanın sərhəd xidmətindən imtina edilməsi haqqında da danışan erməni diplomat onu da iddia edir ki, Ermənistan-Türkiyə sərhədi qanuni olaraq yox olacaq və Ankara istənilən vaxt İrəvana daxil ola biləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top