Böyük Britaniyada İT nəhəngi "Google" a qarşı iddiaların məbləği 5 milyard funt-sterlinqi ötmüş qrup iddiası qaldırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
İddianın təşəbbüskarları korporasiyanı onlayn axtarış bazarında demək olar ki, tam üstünlük təşkil etməkdə ittiham edirlər. İddia olunur ki, "Google" rəqabət aparan axtarış sistemlərinin inkişafına maneələr yaradaraq vəzifəsindən sui-istifadə edib. İddiaçıların fikrincə, bu cür hərəkətlər şirkətə nəinki inhisar təsirini gücləndirməyə, həm də öz platformasını maksimum fayda gətirərək axtarış reklamının yerləşdirilməsi üçün mübahisəsiz məkana çevirməyə imkan verib.
İddiaçıları təmsil edən hüquqşünas Or Brook bildirib ki, "Google" ümumi və reklam axtarışı bazarlarında lider mövqeyindən reklamçılar üçün qiymətləri süni şəkildə artırmaq üçün istifadə edir.
İddia ərizəsində həmçinin qeyd olunur ki, "Google" rəqabəti məhdudlaşdırmaq üçün smartfon istehsalçıları ilə Android cihazlarda "Google Axtarış" və "Chrome" brauzerini əvvəlcədən quraşdırmaq üçün müqavilələr bağlayıb.
Əfsanə Kamal
Demokrat.az