Çində bir neçə süni intellekt mütəxəssisi şübhəli şəkildə ölüb

DÜNYA 16 aprel 2025, 16:22
Çində 2022-ci ildən bəri  süni intellekt (AI) sahəsində çalışan ən azı beş nüfuzlu gənc alim dünyasını dəyişib. 

Mütəxəssislərin ölüm şəraiti ictimai mənbələrdə son dərəcə şübhəli təsvir edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) araşdırma aparıb.

Süni intellekt sahəsi texnoloji liderliyə can atdığı üçün Çin üçün prioritetdir. "DeepSeek" kimi Çin şirkətləri Amerika nəhəngləri ilə fəal rəqabət aparır və ölkə bu sahədə öz istedad fondunu yaradır. Bununla belə, SCMP-nin qeyd etdiyi kimi, süni intellekt sektorunun bir sıra əsas fiqurlarının qəfil ölümləri rəsmi olaraq qəza və ya xəstəliklərlə əlaqələndirilir. Bu barədə mümkün gizli amillər və mütəxəssislərin üzləşdiyi təzyiqlər suallar doğurub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top