"ChatGPT" cəsusluq üçün istifadə edilə bilər

DÜNYA 18 aprel 2025, 18:46
"ChatGPT" istifadəçiləri insanların fotoşəkillərinə əsasən yerlərini tapmaq üçün ən son o3 və o4-mini modellərindən istifadə etməyə başlayıblar. 

Demokrat.az xəbər verir ki, bu barədə TechCrunch portalı məlumat yayıb.

Aprelin ortalarında təqdim edilən ChatGPT o3 və o4-mini mülahizə modelləri hətta bulanıq, təhrif olunmuş fotoşəkilləri kəsərək, fırladıb və böyütməklə emal etməyə qadirdir. Bu xüsusiyyətlər yerləri müəyyən etmək üçün güclü alətə çevrilib. 

İstifadəçilər o3 modelinin minimal vizual işarələrdən istifadə edərək şəhərləri, görməli yerləri aşkar ediblər.

Faydalarla yanaşı, bu tendensiya potensial məxfilik riskləri də yaradır. Süni intellektin köməyi ilə təcavüzkarlar sosial şəbəkələrdəki fotolardan istifadə edə bilərlər. 

Məkan təhlili qabiliyyəti əvvəllər mövcud olsa da, yeni o3 modeli nəticələri əvvəlki versiyalardan daha yüksək səviyyəyə çatdırır.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top